AŞİB AGRO

“AŞİB AQRO” MMC 31 iyul 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti şəkər çuğunduru yetişdirən torpaq mülkiyyətçilərinin istehsal etdiyi məhsulu alaraq İmişli Şəkər Zavodunu xammalla təmin etməkdir.

Hazırda rayonlarda fermerlərin işlərini daha yaxşı təşkili, yaranacaq problemlərin yerində və vaxtında həll edilməsi məqsədilə 8 bölgədə “AŞİB AQRO”-nun şöbələri fəaliyyətə başlamışdır. Müəssisə 20 rayon olmaqla 300 kəndə xidmət göstərir.

Aqrotexniki işlərin optimal müddətdə aparılması üçün hər il aqrolizinqlərin rayon şöbələri ilə müqavilə bağlanır. “AŞİB AQRO”-ya məxsus texniki ambarda 3.000.000 AZN dəyərində 482 ədəd şəkər çuğundurunun əkilməsi, becərilməsi və çıxarılması üçün yeni avadanlıqlar alınaraq torpaq mülkiyyətçilərinin istifadəsinə verilmişdir.

Mülkiyyətçi tərəfindən becərilib təhvil verilən şəkər çuğundurunun ödənişi müəssisə tərəfindən hesablanaraq müqaviləyə əsasən 10 gün müddətində ödənilir.

Bölgələrdən çuğundurun daşınması üçün mülkiyyətçiləri yük maşınları ilə təmini və daşıma xərcləri  də “AŞİB AQRO”  tərəfindən həyata keçirilir.

“AŞİB AQRO” ilə müqavilə əsasında şəkər çuğunduru əkən mülkiyyətçilərə texnoloji xəritəyə uyğun sertifikatlı toxum, güzəştli mineral gübrələr, kimyəvi preparatlar və nağd pul yardımı göstərilir.

Hər ay torpaq mülkiyyətçilərinə “AŞİB AQRO”-nun maddi dəstəyi və təşəbbüsü ilə şəkər çuğunduru sahəsində böyük təcrübəyə malik yerli və xarici mütəxəssislər, elm adamları tərəfindən seminarlar təşkil edilir. Bununla yanaşı xarici ölkələrdə təşkil olunmuş sərgilərdə müəssisənin əməkdaşlarının iştirakına da şərait yaradılır.

2008-ci ilin mövsümündə  2500 fermerlə müqavilə bağlanmış, 5300 hektar sahədə şəkər çuğunduru əkilmişdir. Mövsümün sonunda 187.368.000 kiloqram məhsul əldə edilmişdir. 1 hektara düşən məhsuldarlıq orta hesabla 35.3 ton olmuşdur.

İllərə görə orta hesabla məhsuldarlıq aşağıdakı kimidir.

  • 2005-ci ildə  5.5 ton
  • 2006-cı ildə  14.5 ton
  • 2007-ci ildə  25    ton
  • 2008-ci ildə  35.3 ton

 

11 iyulda qeyd edilən şəkər bayramı təşkil edilmiş və ən çox məhsul yetişdirən və şəkərlilik faizi yüksək olan mülkiyyətçiyə mükafat olaraq 500 kq, 2-ci yerin qaliblərinin hər birinə isə 400 kq, 3-cü yerin qaliblərinə isə 300 kq və əlavə olaraq yüksək nəticə almış 170 mülkiyyətçinin hər birinə 100 kq-lıq şəkər tozu hədiyyə edilmişdir. Tədbirdə mülkiyyətçilərə şəkər zavodu barədə məlumat verilmiş və zavodun ərazisində tanışlıq gəzintisi təşkil olunmuşdur. Həmçinin şəkər bayramı ənənəvi olaraq hər il qeyd edilməkdədir.

Bundan əlavə torpaq mülkiyyətçilərinin gələcək əkin ilinin təməlini qoymaq üçün Kənd Təsərrüfatı Nazirliyinin ayırdığı kredit hesabına 2008-ci ildə “AŞİB AQRO” tərəfindən 168 mülkiyyətçinin hər birinə 910 manat hesabı ilə 2 il müddətinə 7% kredit verilmişdir.

2009-cu ildən etibarən fermerlərə daha mükəmməl şəkildə xidmət göstərmək üçün bankomat sisteminə keçilmişdir. Azərbaycan Sənaye Bankının köməyi ilə istənilən yerdə şəkər çuğundurundan əldə etdiyi qazancını bankomatdan əldə edəcəkdir.
Müəssisənin amalı kənd zəhmətkeşlərinə yüksək keyfiyyətli xidmət göstərmək, əhalinin rifah halının daha da yaxşılaşması istiqamətində, eləcə də bölgələrin infrastrukturunun inkişafını dəstəkləməkdir.

az | en | ru | tr