AŞİB KARATE KLUBU
AŞİB Karate-Do klubu 2006 cı il aprel ayının 15-də yaranmışdır. Əvvəl karate məktəbi kimi 5 il idi ki, fəaliyyət göstərirdi. Klubun yaranmasına İmişli Şəkər Zavodunun rəhbərliyi tərəfindən təşəbbüs göstə- rilmişdir. AŞİB Karate-Do klubu yarandıqdan sonra karateçilərimiz beynəl- xalq yarışlarda uğurla iştirak edirlər.Klubun karateçiləri avropa və dünya çempionat- larında Azərbaycan respublikası və AŞİB-in bayrağı altında dövlətimizi və zavodumuzu uğurla təmsil edirlər.
AŞİB Karate Klubunda Karate və Kik-Boksing döyüş növləri üzrə məşqlər keçirilir. Məşqlər 1,3 və 5-ci günlər İmişli rayonunun 7 saylı orta məktəbinin idman zalında saat 18:00-dan 20:00-dək davam edir.
Klubun heyəti:
Prezident: Esmaeil Moslemzadeh
İcraçı katib: Çetin Yıldız
Baş məşqçi: Rəhman Hüseynov

