MİSSİYAMIZ
- “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC Azərbaycanın kənd təsərrüfatı siyasətinə uyğun olaraq şəkər sektorunu inkişaf etdirmək
- İstehsala başladığı ilk gündən etibarən istehlakçısının etimadını qazanmağa layiq olan “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC istehsalçı mövqeyində olmanın verdiyi məsuliyyəti, dərindən anlamaq və şəkərin keyfiyyətini islah etmək, emalını texniki əsaslara görə aparmaq
- İdarəçilikdə və istehsalatda “əvvəl keyfiyyət” prinsipini izləmək, qaydalara əməl etmək
- Keyfiyyət idarəçilik sistemi anlayışını bütün işçilərə mənimsətmək və mütəmadi olaraq yaxşılaşdırmanı təmin etmək
- Standartlara uyğun yüksək keyfiyyətli və təhlükəsiz məhsullar istehsal etmək
- Gigiyena, ətraf mühit və təhlükəsizlik qaydalarına əməl etmək
- İşçilərin bilik, bacarıq və təcrübələrini motivasiya və maarifləndirmə yolu ilə artırmaq
- Məhsuldar və keyfiyyətli şəkər çuğunduru istehsalını təşviq etmək
- Müştəri məmnuniyyətini təmin etmək
- İnsana, ətraf mühitə və cəmiyyətə hörmətlə yanaşmaqdır
MƏQSƏDİMİZ
İnkişaf edən bazarın şərtlərinə uyğun olaraq keyfiyyəti, məhsuldarlığı artıraraq sektorda ən böyük və qabaqcıl quruluş olmağa davam etmək.
Mövcud olan istehsal həcmini daha da artıraraq şəkər istehsalı ilə yaxşı keyfiyyətimizi daha da mükəmməlləşdirmək və siz dəyərli istehlakçılarımızın məmnunluğunu təmin edən şəkər istehsal etmək hədəfimizdir.

