İMİŞLİ ŞƏKƏR ZAVODUNDA “PUTSCH® SIBOMAT” FİLTRİ QURAŞDIRILDI
01.08.2009
İmişli Şəkər Zavodunda şərbətin keyfiyyətinin daha da yüksəldilməsi üçün “PUTSCH® Sibomat” filtri quraşdırılmışdır. “PUTSCH® Sibomat” öz-özünü təmizləyən, süzgəcli avtomatik filtrdir. Artıq dünyada bir neçə yüz belə filtrlərdən geniş şəkildə istifadə olunur. “PUTSCH® Sibomat”, ilkin olaraq yüksək viskoz maddələrin filtrlənməsi üçün dizayn edilmişdir. Bundan əlavə, xüsusi və effektiv ilkin filtrasiya mərhələsində də istifadə olunur. Zavodda quraşdırılmış bu avadanlığın sayəsində 76%-ə qədər quru maddə və ən azı 80°C istiliyə malik şərbət heç bir problem olmadan emal edilir. “PUTSCH® Sibomat” filtri aşağıdakı xüsusiyyətlərə malikdir:
- Filtrin istifadəsi üçün yardımçı materiala ehtiyac yoxdur;
- 25 mikrona qədər kiçik maddələri süzmək mümkündür;
- Bərk maddələrin yüksək separasiya qabiliyyətinə malikdir;
- Nazik toxunmuş süzgəc geniş filtrasiya sahəsi sayəsində yüksək məhsuldarlığa malikdir;
- Filtr sahəsinin təmizlənməsi üçün 120 bar təzyiqlə çalışaraq tıxacları açan xüsusi sistemə
sahibdir;
- Proses tamamilə avtomatik əməliyyat sistemi ilə həyata keçirilir;
- ASME Təzyiq Çəni Kodu və ya DIN TÜV şərtlərinə uyğun dizayn edilmişdir;
- Sadə və son dərəcə möhkəm konstruksiya tamamilə paslanmaz poladdan hazırlanmışdır;
- Süzgəc səbəti və süzgəc qısa müddətdə dəyişdirilə bilir;
- 10 bar təzyiqə qədər əməliyyat aparmaq mümkündür;
- Mərkəzi monitorinq sistemində avadanlığın statusuna nəzarət etmək olur.
Nazik süzgəc, xüsusi toxunma prosesinin vasitəsilə istehsal edilmişdir və geniş filtrasiya sahəsi yaradır. Süzgəcin xüsusi toxunma forması maye axınının istiqamətini dəyişərək yüksək filtrasiya effekti yaradır. Süzülmüş maddələr süzgəcin filtrasiya sahəsinə yığılmadan üst bölümdə toplanır. Süzgəcin səthi yüksək təzyiqli “jet-spray” vasitəsilə təmizlənir. Təmizləmə fazası tamamlandıqdan sonra filtr avtomatik olaraq işə başlayır. Tam təmizləmə fazası maksimum 3 dəqiqədə təqribən 50 litr “jet-spray” istifadə edir.
| Əvvəlki | Sonrakı |

