SOSİAL LAYİHƏLƏR

İmişli Şəkər Zavodu qurulduğu gündən bəri İmişli rayonunun sosial-mədəni həyatına da öz töhfələrini vermişdir.

Rayonda təhsil sahəsinin daha da inkişaf etməsinə yardım etmək üçün zavodun maddi və maliyyə dəstəyi ilə yeni məktəb tikintisinə 2006 -cı ilin iyun ayında başlanmış və sentyabr ayında tamamlanaraq istifadəyə açılmışdır. Hal-hazırda məktəbdə 550 şagirdə 42 müəllim dərs deyir. Məktəbdə istilik sistemi, laboratoriya, komputer zalı, çay otağı və digər xidmətlər yaradılmışdır.

İmişli Şəkər Zavodu Azərbaycanda tibb sahəsinin inkişafına dəstək vemək məqsədilə Təcili Tibbi Yardım Stansiyasının tikintisini öz üzərinə götürmüşdür. Layihənin 2006 -cı ilin sentyabr ayında başlayan inşaat işləri sürətlə davam edərək 2006-ci ilin dekabr ayında tamamlanmışdır. Məntəqədə reanimasiya, rentgen, oksigen və qəbul otaqlarının fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.

az | en | ru | tr