muessisenin-fealiyyeti

İmişli Şəkər Zavodunda şəkər tozu, kəllə qənd, parça qənd, şəkər pudrası, noğul, qəhvəyi şəkər, karamel, qurudulmuş peletli şəkər çuğunduru cəcəyi, presslənmiş şəkər çuğunduru cəcəyi və melas istehsal edilir.

Şəkər tozu istehsalı pərakəndə bazar və sənaye ehtiyacları üçün nəzərdə tutulan, geniş spektrdə məhsul çeşidlərini əhatə edir. Şəkər tozu 50 kq və 1000 kq kisələrdə, həmçinin kiçik və böyük istehlakçı paketlərində buraxılır. Məhsullar ölkədaxili istehlak bazarına, kola və meyvə şirəsi istehsalçılarına və ixrac bazarlarına çatdırılır. Kəllə qənd və qənd məhsulları ölkədaxili istehlak bazarı və ixracat üçün nəzərdə tutulan müxtəlif ölçülərdə paket və qutularda qablaşdırılaraq istehlakçılara çatdırılır. Noğul məhsulları keşnişli, nanəli və araxisli çeşidlərdə istehsal olunur. Karamel məhsulları limonlu, zirincli və nanəli şüşə konfet formasında buraxılır. Şəkər pudrası noğul, qəhvəyi şəkər və karamel məhsulları kiçik paketlərdə qablaşdırılır. Heyvandarlıq təsərrüfatları üçün nəzərdə tutulan çuğundur cecəyi qurudulmuş şəkildə 50 kq kisələrdə, presslənmiş şəkildə isə iri bağlamalarda buraxılır.

İmişli Şəkər Zavodunun əsas texniki təchizat vasitələri, qurğu və avadanlıqları Almaniyadan gətirilmişdir. Bundan əlavə Polşa, Türkiyə, Ukrayna, Avstriya və Rusiya istehsalı olan avadanlıqlardan istifadə edilir. Şəkər emalı aparılan sexlərdən başqa, istehsalın həyata keçirilməsini təmin edən aşağıdakı köməkçi sahə və mühəndis-texniki obyektləri fəaliyyət göstərir:

Müəssisənin aparıcı markası “Azərşəkər” markasıdır. Şəkər tozu, kəllə qənd və parça qənd məhsulları “Azərşəkər” markası altında istehsal edilir. Eyni zamanda “Evim”, “Gülüm” və “Marjan” markaları ilə kəllə qənd buraxılır. Paketli şəkər məhsulları “Richmond” markası adı altında istehsal olunur. Əsas ixracat bazarları Mərkəzi Asiya ölkələri, Gürcüstan və Rusiyadır.